Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

"Vətən şairi Bəxtiyar Vahabzadə -100" mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində keçirilən tədbiri giriş sözü ilə Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova açaraq Bəxtiyar Vahabzadənin vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi haqqında ətraflı məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Asim Yadigar ''Bəxtiyar Vahabzadə həyat və yaradıcılığı'' mövzusunda danışıb.
Tədbirdə şairin 100 illik yubileyi münasibətilə şairlər şeirlər səsləndirib.
Muzeyin kiçik elmi işçisi Nərmin Nuriyeva şairin "Bir salama dəymədi'', muzeyin ekskursiyaçısı Turanə Əkbərova "Ana dili" şeirini bədii qiraət ediblər. Muzeyin ekskursiyaçısı Aytəkin Hümbətova görkəmli şəxsiyyətlərin Bəxtiyar Vahabzadə poeziyası haqqında söylədiyi yüksək fikirlərin səsləndirib.
Sonda tədbir iştirakçıları Bəxtiyar Vahabzadəyə həsr olunmuş guşə ilə tanış olublar.