Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Vətən üçün yaşayanlar – Şəhidlərimizi tanıyaq və anaraq yaradaq” adlı tədbir keçirilib

16 iyul 2025-ci il tarixində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Mədəniyyət Nazirliyinin “Yayın sehrli səhifələri” layihəsi çərçivəsində Vətən uğrunda canından keçmiş şəhid Aslan Mirzəyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. “Vətən üçün yaşayanlar – Şəhidlərimizi tanıyaq və anaraq yaradaq” adlı tədbirin məqsədi gənc nəslə vətənpərvərlik hisslərini aşılamaq, qəhrəmanlarımızı tanıtmaq və onların əziz xatirəsini yaşatmaq olmuşdur.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Ruzi Süleymanov açaraq şəhidlərin müqəddəs amal uğrunda göstərdikləri şücaətdən bəhs etmiş, belə tədbirlərin uşaqların vətənə bağlı ruhda formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulamışdır.
Qazilər İctimai Birliyinin sədri Təbriz Zeynalov “Vətən müharibəsi şanlı tariximizdir” mövzusunda çıxış edərək şəhid Aslan Mirzəyevin döyüş yoluna və ümumilikdə qəhrəman qazilərimizin igidliyinə diqqət çəkmişdir. Kitabxananın əməkdaşı Tərlan Məsumlu isə “Ən ülvi duyğudur Vətən sevgisi” adlı çıxışında Vətənə bağlılığın milli-mənəvi dəyərlərimizdəki yerindən bəhs etmişdir.
Tədbir uşaqların şəhidlərə həsr olunmuş şeirlər səsləndirməsi ilə davam etmiş, daha sonra “Qəhrəmanımı çəkirəm” adlı yaradıcılıq hissəsində balaca oxucular vətənpərvərlik və qəhrəmanlıq hislərini rəsmlə ifadə etmişlər. Sonda şəhid Aslan Mirzəyevin həyat və döyüş yolunu əks etdirən video slayd nümayiş olunmuşdur.
Tədbirdə Qazilər İctimai Birliyinin üzvləri, şəhid Aslan Mirzəyevin ailə üzvləri, kitabxana əməkdaşları və oxucular iştirak etmişdir.