
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bir sıra dövlət orqanları üzrə dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elan edib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən A növü üzrə 7 vəzifə, B növü üzrə 6 vəzifə olmaqla ümumilikdə 13 vəzifə müsahibəyə çıxarılıb.
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 5 fevral 2025-ci il tarixindən 6 mart 2025-ci il tarixinədək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Namizədlər müsahibə proqramı, vəzifə haqqında məlumat və müraciət forması ilə tanışlıq üçün aşağıdakı linklərə keçid edə bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=561
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=562