Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.
Heydər Əliyev
Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.
Heydər Əliyev
Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
Heydər Əliyev
Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.
Heydər Əliyev
Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.
Heydər Əliyev
Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.
Heydər Əliyev

Naxçıvan Dövlət Kukla Teatrının yaradıcı heyəti Türkiyənin Van şəhərində keçirilən III Beynəlxalq Monotamaşalar Festivalında uğurla təmsil olunub.
Festivalın yekunlarına əsasən, “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə Səyyad Məmmədov, “Ən yaxşı qadın aktrisa” nominasiyası üzrə isə Əfqanə Ələsgərova mükafata layiq görülüblər.
Səyyad Məmmədov festivalda P. Seyidlinin qələmə aldığı “Killerdən teleqram”, Əfqanə Ələsgərova isə müəllifi olduğu “Səssiz fəryad” monotamaşası ilə çıxış edib.
Qazanılan iki mükafat Naxçıvan Dövlət Kukla Teatrının beynəlxalq səhnədə uğurlu yaradıcılıq fəaliyyətinin daha bir göstəricisidir.