Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalq artisti Ağaverdi Paşayevin 75 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli sənətkar, dirijor və pedaqoq Ağaverdi Paşayevin 75 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.
Tədbirdə dövlət rəsmiləri, incəsənət xadimləri iştirak ediblər.
Yubiley gecəsində Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivi konsert proqramı təqdim edib. Konsertə Xalq artisti, professor Ağaverdi Paşayev, Əməkdar artist Elman Əliyev və Prezident mükafatçısı Hakim Məmmədli drijorluq ediblər. Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayan konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Elçin Nağıyev, Ruhiyyə Hüseynova, Zülfüqar Mahmudov eləcə də Əfsanə Babayeva, Nərmin Hüseynova, Əsəmər Tahirli, Sevinc Piriyevanın ifalarında “Vətənimdir”, “Aişənin rəqsi”, “Məhəbbət”, “Bir könül sındırmışam”, “Zəfər himni”, “Heyf”, “Naxçıvan şikəstəsi”, “Gözünə qurban”, “Rapsodiya” və digər musiqi nömrələri səsləndirilib.
Çıxış edənlər yubilyarı təbrik edib, ona xoş arzularını çatdırıblar.
Sonda Naçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Ağaverdi Paşayevi təbrik edib, ona Nazirliyin Fəxri Fərmanını təqdim edib.