Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalq artisti, professor, "Şərəf" və "Şöhrət" ordenli bəstəkar Siyavuş Kərimi Ordubad Şəhər İncəsənət Məktəbinin kollektivi ilə görüşüb

"Cənnətin iqamətgahı" adlı sənədli-musiqili-entoqrafik filmin çəkilişləri ilə bağlı Ordubadda olan sənətkar Ordubad Şəhər İncəsənət Məktəbinin müəllim və şagird heyəti ilə də görüşüb.
Görüşü giriş sözü açan Culfa Regional Mədəniyyət İdarəsinin müdiri Azər Məmmədov qonağı qədim Ordubad torpağında salamlayaraq, dəvəti qəbul etdiyi üçün kollektiv adından öz təşəkkürlərini bildirib və bu görüşün yetişməkdə olan gənc musiqiçilər üçün əhəmiyyətini qeyd edib.
Görüş zamanı xalq artisti kollektivlə səmimi söhbət aparıb, bir-birindən gözəl ifalarla görüş iştirakçılarına xoş anlar bəxş edib. Həmçinin sənətkara məktəbin "Muxtar Respublika Müsabiqəsi" qalibləri olmuş şagirdləri tərəfindən kiçik konsert proqramı təqdim olunub.