Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Xalq şairi Məmməd Arazın anım günü münasibətilə şairin ev muzeyində tədbir keçirilib.

Anım günü tədbirini giriş sözü ilə muzeyin direktoru Əzizə Süleymanova açaraq bildirib ki, 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olan görkəmli söz ustadı Məmməd Araz ədəbiyyat tariximizdə Azərbaycanın milli istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü uğrunda öz qələmilə mübarizə aparan sənətkarlardandır. Təsadüfi deyil ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra vətənin ən ali mükafatı sayılan “İstiqlal” ordeninə layiq görülmüş şairlərdən biri də məhz Məmməd Araz olub. Ümummilli Lider Heydər Əliyev Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə hər zaman böyük diqqət göstərib. Ölkə Prezidenti cənab İlham Əliyevin “Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə şairin yubileyi dövlət səviyyəsində qeyd olunub, xatirəsi müxtəlif ünvanlarda  əbədiləşdirilib.

   Sonra Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nübar Səfərəliyeva,  Naxçıvan Yazıçılar Birliyinin üzvü, şair Zeyqəm Vüqar, Naxçıvan televiziyasının baş redaktrou Fariz Əhmədov və başqaları şairin Azərbaycan ədəbiyyatında istiqlal düşüncəsinin və milli birliyin təbliğindəki rolundan danışıblar.
 
Çıxışlarda vurğulanıb ki, dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. Bildirilib ki, şair oxunaqlı, sənətkarcasına yazılmış poeziya nümunələrində ana dilinin üslub imkanlarından qeyri-adi dərəcədə yararlanıb, dilimizin bütün zənginliyi, dərinliyi, əlvanlığı şairin poetik misralarında əks olunub.
Sonda Nursu kənd tam orta məktəbinin şagirdləri şairin şeirlərini bədii qiraət ediblər.