Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalq şairi Məmməd Arazın Ev Muzeynin yaradılmasının 13-cü ildönümü münasibətilə tədbir keçirilib

Şairin Şahbuz rayonunun Nursu kəndində  yerləşən Ev Muzeyində  keçirilən tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əzizə Süleymanova bildirib ki, xalq şairi Məmməd Araz çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və mövqeyi olan söz ustasıdır. Məmməd Arazın söz dünyası illər keçsə də öz dəyərini və təsir gücünü qoruyub saxlayır. Bu muzey həmin söz dünyasının canlı yaddaşı, şairin poeziyasının gələcək nəsillərə ötürülməsində mühüm rolu olan bir mədəniyyət ocağıdır. 
Daha sonra AMEA Naxçıvan Bölməsinin filologiya üzrə fəlsəfə doktoru, dosent  Ramiz Qasımov və Naxçıvan Dövlət Televziyasının baş redaktoru Fariz Əhmədov çıxış ediblər. Çıxışlarda diqqətə çatdırılıb  ki, ana dilimiz bütün zənginliyi, dərinliyi, əlvanlığı ilə məhz onun yaradıcılığında vətəndaşlıq məhəbbəti qazanıb. Onun vətən duyğulu şeirləri poeziyamızda özünəməxsus yer tutur. Xalq şairi Məmməd Araz müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və sözün həqiqi mənasında layiqli vətəndaşdır. 

Daha sonra Məmməd Arazın yaxın qohumları Elvin İbrahimov, Namiq Abbasov, Xatirə İbrahimova şairlə bağlı xatirələrini bölüşüblər. 

Tədbirin bədii hissəsində  Nursu kənd tam orta məktəbinin şagirdlərinin ifasında şairin şeirləri qiraət olunub. 

Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.