"Xalq Teatrları Festivalı - 2025"
Naxçıvanda teatr bayramı başlayır!
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək "Xalq Teatrları Festivalı - 2025" çərçivəsində bölgə xalq teatrları sevilən tamaşalarla səhnəyə çıxacaq!
Festivalın proqramı:
10 iyun, saat 17:00 – R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı:
İ. Sadiqov – "Molla Nəsrəddinin beş arvadı"
11 iyun, saat 17:00 – Şahbuz Rayon Xalq Teatrı:
S. İbrahimli – "Sadığın toyu"
12 iyun, saat 17:00 – Babək Rayon Xalq Teatrı:
R. Əhmədzadə – "Sizinlə gülə-gülə"
13 iyun, saat 17:00 – K.Ziya adına Ordubad Rayon Xalq Teatrı:
T. Seyidov – "Yarım günlük rəis müavini"
14 iyun, saat 11:00 – Naxçıvan Şəhər Xalq Teatrı:
C. Məmmədquluzadə – "Danabaş kəndindən bir əhvalat"
Tamaşalar C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında nümayiş olunacaq.
Giriş sərbəstdir!
Gəlin birlikdə xalq teatrımızın zənginliyinə və istedadlı sənət adamlarımıza dəstək olaq!
Teatrı sevək, yaşadaq!