Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Xalq Teatrları Festivalı-2025” davam edir

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  teatrların fəaliyyətinin stimullaşdırılması, daha da inkişaf etdirilməsi və tanıdılması məqsədilə Naxçıvan şəhərində “Xalq Teatrları Festivalı-2025” keçirilir.
Muxtar respublikada fəaliyyət göstərən xalq teatrlarının iştirak etdiyi festivalda Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı Tofiq Seyidovun iki pərdəli  dörd şəkilli  “Yarım günlük rəis müavini”  tamaşasını uğurla təqdim edib.
Qeyd edək ki, tamaşanın rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, quruluşçu rejissoru Nadir Məhərrəmov, tərtibatçı rəssamı Hikmət Əliyev, musiqi hissə rəhbəri Qasım Rəsulov, işıq və səs operatoru Müseyib Fərzəliyevdir.