Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Xalq teatrlarının muxtar respublika festivalı – 2025” başa çatdı

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xalq teatrlarının muxtar respublika festivalı – 2025” iyunun 17-də Naxçıvan Şəhər Xalq Teatrının çıxışı ilə yekunlaşdı. Festivalın sonuncu günü teatrsevərlərə Cəlil Məmmədquluzadənin “Danabaş kəndindən bir əhvalat” adlı tamaşa təqdim olundu. Tamaşa klassik irsimizin dərin satira və realizmlə zəngin ruhunu səhnəyə daşıyaraq tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılandı.

Beş gün davam edən festival çərçivəsində muxtar respublikada fəaliyyət göstərən 5 xalq teatrı – R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı,  Şahbuz Rayon Xalq Teatrı, Babək Rayon Xalq Teatrı, K.Ziya adına Ordubad Rayon Xalq Teatrı, Naxçıvan Şəhər Xalq Teatrı öz səhnə nümunələrini təqdim edərək teatr sənətimizin davamlı inkişafına töhfə verdilər.

Festival çərçivəsində təqdim olunan tamaşalar xalq irsinin yaşadılması, teatr mədəniyyətinin geniş ictimaiyyətə çatdırılması və istedadlı həvəskar aktyorların tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.