Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xaraba Gilanda arxeoloji qazıntı işləri aparılır

Ərazidəki tədqiqat işlərini Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba Gilan arxeoloji ekspedisiyası həyata keçirir. AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri, dosent Bəhlul İbrahimlinin rəhbərliyi ilə müstəqilliyin bərpasından sonra ərazidə dəfələrlə araşdırma işləri aparılıb, abidə dərin tədqiqata cəlb olunub. Xaraba Gilan arxeoloji ekspedisiyası tərəfindən aparılan arxeoloji tədqiqatların ən mühüm nəticələrindən biri kimi Naxçıvanın ilkin orta əsrlər dövrü tarixinə aid tapıntıları aşkara çıxarılıb.