Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xatirə Muzeyində şəhidlərin xatirəsi yad edilib

Sentyabrın 25-də Xatirə Muzeyində 27 Sentyabr – Anım Günü münasibətilə “Qəhrəmanlıq salnaməsinin əbədi səhifələri” adlı tədbir keçirilib.
Şəhid ailələri, qazilər və muzey əməkdaşlarının iştirak etdiyi tədbir ölkəmizin  müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Muzeyin direktoru Aytən Qasımova, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova çıxışlarında şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdikləri misilsiz fədakarlıqdan və Zəfər tariximizin əhəmiyyətindən danışıblar.
Qazilər Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşərək döyüşlər zamanı göstərilən şücaətlərdən bəhs ediblər. Bildirilib ki, qəhrəman şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad ediləcək, onların Vətən uğrunda göstərdikləri fədakarlıq gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində nümunə olacaq.
Sonda tədbir iştirakçıları Xatirə Muzeyinin ekspozisiyası ilə tanış olub, xatirə fotosu çəkdiriblər.