Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Xuraman Muradova Naxçıvan gəncləri ilə görüşdü: Poeziya, vətənpərvərlik, yeni kitab təqdimatı

Noyabrın 1-də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində xeyriyyəçi sahibkar, şairə Xuraman Muradovanın gənclərlə görüşü keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət nazirliklərinin Hərbi Kolleclə birgə təşkil etdikləri tədbirdə gənclərlə yanaşı, rəsmilər, mədəniyyət xadimləri, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib. 
Sonra Xuraman Muradova ilə bağlı məlumatlar diqqətə çatdırılıb, haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov qonağı Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib, təşkil olunan görüşün Naxçıvan ədəbi mühiti ilə tanışlıq və bu sahədə yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından uğurlu olacağına inamını ifadə edib. Qeyd edib ki, Xuraman xanımın yaradıcılığında Naxçıvana həsr olunmuş yaradıcılıq nümunələrinin olması onun 100 illik muxtariyyət yolu keçmiş diyarımıza olan sevgisinin təzahürüdür. Ədibin iştirakı ilə yubiley ilində keçirilən bu tədbirin daha yaddaqalan olması üçün mədəniyyət xadimlərinin də günə öz töhfəsini verəcəyini deyən Həsən Seyidov tədbirin təşkilində əməyi olanlara öz təşəkkürünü bildirib.