Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Yubiley tədbiri keçirilib

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şair, dramaturq Həsən Fətullayevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, bir sıra vəzifələrdə çalışmasına baxmayaraq Həsən Fətullayev həm də bədii yaradıcılıqla məşğul olub. Onun Naxçıvan ədəbi mühitinin inkişafında gördüyü işlər danılmazdır.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Elini sevən el sənətkarı – Həsən Elsevər”, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, yazıçı, şair, dramaturq Asim Yadigar “Həsən Elsevər yaradıcılığı”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aysel Dünyamalıyeva “Həsən Elsevər haqqında”, “Günəş Uşaq Akademiyasının təsisçi-direktoru, “Günəş” uşaq jurnalının baş redaktoru, jurnalist, pedaqoq Ulduz Əliyeva “Həsən Fətullayev əqidəsi” adlı mövzularla çıxış edərək bildiriblər ki, vətəninə, elinə bağlı olan Həsən Fətullayev “Elsevər” imzası ilə bir çox şeirlərin, poemaların, nəsr əsərlərinin müəllifidir. Onun mövzu dairəsi olduqca genişdir. Ədibin əsərlərinin bir çoxunda xalqımızın mərd, igid oğul və qızlarının ülvi məhəbbəti, yüksək vətənpərvərliyi qələmə alınıb.
Tədbirdə ədibin qələm yoldaşları, yaxınları Həsən Fətullayev ilə bağlı xatirələrini paylaşıb, Günəş Uşaq Akademiyasının dərnək üzvləri şeirlərini bədii qiraət edib. Həyat yoldaşı Aynişan xanım tədbirin təşkili üçün minnətdarlığını bildirib.
Sonda sərgiyə baxış olub.