Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Yusif Küseyr oğlu türbəsində “18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə bağlı tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Nazirlik Aparatının şöbə müdiri Pərvin Həsənov açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası qədim tarixə və zəngin mədəni irsə malik olan diyar kimi bu sahədə xüsusi yer tutur. Bu torpaq yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ən qədim mədəniyyət mərkəzlərindən biridir.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülxanım Orucova bildirib ki, dövlətin bu sahədə həyata keçirdiyi siyasət, ictimaiyyətin dəstəyi və hər bir vətəndaşın məsuliyyətli münasibəti nəticəsində Naxçıvan şəhərinin zəngin tarixi-mədəni irsi bundan sonra da etibarlı şəkildə qorunacaq və layiqincə təbliğ olunacaqdır.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev çıxışında vurğulayıb ki, son illər ərzində Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin qorunması, bərpası və təbliği istiqamətində mühüm işlər görülüb. Bir çox tarixi abidələrdə ilkin memarlıq üslubu qorunaraq əsaslı şəkildə bərpa olunur.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında musiqi nömrələri təqdim olunub.
Sonda türbəyə baxış keçirilib.