Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

“Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” keçiriləcək

8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü və 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar noyabrın 5-də Sədərək rayonunda “Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” layihəsi həyata keçiriləcək.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil, Mədəniyyət nazirliklərinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək festivalın məqsədi gənclər arasında vətənpərvərlik hisslərini, milli birlik və dövlətçilik dəyərlərini gücləndirmək, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini təbliğ etmək, eləcə də onların yaradıcı potensialını və ictimai fəallığını artırmaqdır.

Tədbir iştirakçıları Vətən müharibəsi və Zəfər Gününə həsr olunmuş foto və məlumat sərgisi, silah və hərbi texnika nümunələri, gənclərin rəsm əsərləri, əl işləri, STEAM layihələri, tətbiqi sənət nümunələri, eləcə də rayon gənclərinin uğurlarını əks etdirən stendlərlə tanış olacaqlar. Eyni zamanda, yerli istehsal və təsərrüfat məhsullarının nümayişi, intellektual oyunlar, üz və bədən rəsmləri, əyləncəli idman oyunları və müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar təqdim ediləcək.

Bədii proqram çərçivəsində musiqi və rəqs nömrələri nümayiş olunacaq, festivalın təşkilində və fəaliyyətlərində iştirak edənlərə təşəkkürnamələr təqdim ediləcək.