Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Zəfər Günü” ilə əlaqədar tədbir keçirilib

A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 04 noyabr  2024-cü il tarixdə “Zəfər Günü” ilə əlaqədar “Tarixi zəfərimiz qürur mənbəyimizdir” başlığı adı altında şəhid ailələri ilə birlikdə tədbir keçirilib.
Tədbiri əvvəlcə Kitabxananın direktoru Ruzi Süleymanov açaraq qeyd etdi ki, 30 ilə qədər işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnən Vətən müharibəsi müasir Azərbaycan tarixinin parlaq səhifəsinə çevrilmişdir. Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan xalqının mübarizliyini, ölkəmizdə xalq-ordu-rəhbər vəhdətinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. 
    Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Məmməd Hüseynli “Zəfərimiz ən dəyərli əmanətimizdir” adlı məruzə ilə çıxış edərək bildirmişdir ki, 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir. Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı.
Kitabxananın Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin şöbə müdiri Nüşabə Seyidovanın  “Zəfərə gedən yol” adlı çıxışından sonra Şəhid Sadiqov Eminin anası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova və Şəhid Rəcəbov Vaqifin  anası Rəcəbova Məryəm  çıxış edərək bildirdilər ki, hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan oğullarımızı daim qəlbimizdə yaşadaq, xatirələrinə dərin ehtiram bəsləyək
     Sonda  oxucuların səsləndirdiyi  şeirlər dinlənildi, video slayta və sərgiyə baxış keçirildi.