Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

“Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur.

Müsabiqənin məqsədi Zəfər mövzusunun Naxçıvan bəstəkarlıq sənətində bədii-estetik təcəssümünü təşviq etmək, milli musiqi mədəniyyətinin inkişafına töhfə vermək və yeni musiqi əsərlərinin yaradılmasına dəstək göstərməkdir.

Eyni zamanda, Azərbaycan xalqının Zəfər salnaməsini, milli-mənəvi dəyərlərini, vətənpərvərlik ruhunu, qəhrəmanlıq tarixini və azadlıq ideyalarını musiqi sənətinin dili ilə ifadə edən yeni bəstəkar əsərlərinin yaradılması və təbliğini təşviq etməkdir.

Müsabiqəyə xüsusi olaraq bu layihə üçün bəstələnmiş, əvvəllər digər müsabiqələrdə iştirak etməmiş, səsləndirilməmiş və nəşr olunmamış əsərlər qəbul edilir. Təqdim olunan əsərin not yazısı və audio yazısı da müraciət sənədlərinə əlavə olunmalıdır.

Müsabiqəyə təqdim olunan əsərlər “Zəfərimizin sədaları” mövzusunun ideya və məzmun istiqamətlərinə uyğun olmalı, Vətənə məhəbbət və milli birlik; Azərbaycanın tarixi Zəfəri və qəhrəmanlıq salnaməsi; şəhidlərin əziz xatirəsi və qazilərin şücaəti; milli-mənəvi dəyərlər və Azərbaycan dövlətçiliyi motivlərini özündə əks etdirməlidir.

Müsabiqə “Vokal və instrumental əsərlər – mahnı, romans və instrumental əsərlər – pyeslər” nominasiyası üzrə keçirilir. Əsərin müddəti 3 dəqiqədən az olmamalıdır.

İştirak üçün tələb olunan sənəd və materiallar 15 yanvar 2027-ci il tarixinədək Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə təqdim edilməlidir.

Müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. I, II və III yerlərin qalibləri diplom və mükafatlarla təltif olunacaq, həvəsləndirici sertifikatların verilməsi də nəzərdə tutulur. Seçilmiş əsərlərin konsert proqramında səsləndirilməsi, radio və televiziya vasitəsilə təqdimatı, notlarının nəşri də planlaşdırılır.

Müsabiqənin şərtləri və iştirak qaydaları ilə daha ətraflı tanış olmaq üçün Əsasnaməyə keçid edə bilərsiniz: Keçid linki