Uzun illər gizli saxlanılan, zaman-zaman təhrif edilmiş hadisələr özünün əsl mahiyyətini və qiymətini alır. Sözsüz ki, bunun ən mühüm səbəblərindən biri müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi oldu.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı möhtəşəm tarixi hadisələrə şahidlik edir. Dünya birliyində söz sahibinə çevrilən güclü və qüdrətli Azərbaycan yeni reallıqlar formalaşdırır. Vurğulanıb ki, Ulu Öndərin siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ata vəsiyyətinə əməl edərək, torpaqlarımızı işğaldan azad etdiyi kimi, Qərbi Azərbaycana qayıdış konsepsiyasını da uğurla həyata keçirir. Bu gün keçirilən tədbir də həmin konsepsiyaya mədəniyət baxımından yanaşmanın bir nümunəsidir.
Sonra Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedoqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İdarə Heyyətinin üzvü, Keşkənd İcmasının sədri Mahirə Nağıqızı çıxış edərək qeyd edib ki, toponimləri və folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək mümkündür. Alim qeyd edib ki, yüzlərlə bu xüsusda olan yer adlarını, tarixi faktları saxtalaşdırmaq heç nəyi dəyişmir.
Tədbirin bədii hissəsində Kəngərli Rayon Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin əslən Zəgəzurdan olan müəllim və şagird heyətinin ifasında “Dərələyəz”, “Tarantella”, “Sarı gəlin”, “Sirli bağ”, “Azərbaycan”, “Dilican” və digər musiqi nömrələri təqdim olunub.
Tədbirin sonunda Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin kollektivi Fəxri Fərmanla təltif edilib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.