
Yeni il bayramı münasibəti ilə Naxçıvan teatrlarında nümayiş olunacaq tamaşaları sizə təqdim edirik.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı hamınızın marağına səbəb olacaq “Şaxta babanı tapaq” tamaşasını 29,30 dekabr, 01,02,03 yanvar tarixlərində, saat 12:00-da nümayiş etdirəcək.
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bayram sovqatı isə balaca dostların sevincinə səbəb olacaq. Belə ki, 01,02 yanvar tarixlərində “Kələkbaz canavar”, 03,04 yanvar tarixlərində “Turp”,05 yanvarda “Buratino”, 06 yanvarda isə “İnanmayın tülkülərə” tamaşası nümayiş olunacaq. Səhnə əsərləri qeyd olunan günlərdə, saat 11:00,13:00 və 15:00-da təqdim olunacaq.
Naxçıvan Dövlət Uşaq Teatrı isə bayram günlərində balaca teatrsevərlərin qarşısına “Doktor Aybolitin dostları” tamaşası ilə çıxacaq. Tamaşa 01 yanvarda, saat 11:00 və 15:00-da, 02,03,04 yanvar tarixlərində isə saat 12:00 və 14:00-da nümayiş olunacaq.