Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublİkasının Mədənİyyət Nazİrlİyİ tərəfİndən 2024-cü İlİn yanvar ayı ərzİndə görülmüş İşlərə daİr ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2024-cü ilin yanvar ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Naxçıvan şəhərində keçirilən “Qış Festivalı” - “Snow Fest”də Naxçıvan Dövlət Uşaq Teatrı T.Seyidovun səhnələşdirdiyi “Doktor Aybolitin dostları” tamaşası ilə çıxış etmiş, yanvarın 2-də Nazirliyin tabeliyindəki rayon mədəniyyət idarə və şöbələrində çalışan solistlərin konsert proqramı təqdim olunmuşdur.

Yeni il bayramı günlərində Naxçıvan şəhərində fəaliyyət göstərən teatrlarda uşaqlar üçün stasionar tamaşalar nümayiş olunmuşdur. Belə ki, bilet satışı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında 3, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 17, Naxçıvan Dövlət Uşaq Teatrında 8 tamaşa uşaqlara təqdim olunmuşdur.

10 yanvar tarixdə  Heydər Əliyev Sarayında Nazirliyin  və “Naxçıvan qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Yaşa Azərbaycan” adlı xeyriyyə konserti təşkil olunmuşdur. Konsertdə vətənpərvərlik mahnıları ilə tanınan Nurlan Ordubadlı və Elvin Nasirli mahnılar ifa etmiş, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansanblının rəqs kollektivlərinin çıxışı olmuşdur.

​13 yanvar tarixdə Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Vətən Müharibəsi İştirakçıları İctimai Birliyinin və Babək Rayon Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Hamılıqla səs verək” başlığı altında tədbir keçirilmişdir. 27 yanvar tarixində Naxçıvan Dövlət Filarmoniyasında Nazirliyin Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı ilə birgə təşkilatçılığı ilə “7 fevral  tarixində keçiriləcək prezident seçkilərində iştirak üçün fəallığın  artırılması” mövzusunda nazirliyə birbaşa tabe müəssisələrin əməkdaşları ilə görüş keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası mədəniyyət naziri vəzifəsinin müvəqəti icraçısı, nazir müavini Həsən Seyidov tərəfindən rayonlarda keçiriləcək vətəndaş qəbulları üzrə qrafik müəyyənləşdirilmiş, yanvar ayında Sədərək, Ordubad, Babək, Culfa, Şahbuz rayonlarında vətəndaş qəbulları keçirilmiş, 90 nəfər sakinin müraciəti dinlənilmişdir.

  “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekadr tarixli Sərəncamının icrası ilə bağlı  Nazirlik tərəfindən   “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair  Tədbirlər Planı” hazırlanmış və Nazirliyin 2024-cü il 12 yanvar tarixli 10 nömrəli əmri ilə təsdiq edilmişdir.

 Tədbirlər Planının icrası ilə bağlı yanvar ayında bir sıra işlər görülmüş, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş muzeylərdə 8 və kitabxanalarda 166 sərgi qurulmuş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında H.Eyvazlının “Araz sahilində doğan günəş” pyesinin məşqləri başlanılmış, Naxçıvan Dövlət Filarmoniyasında 100 illik yubileylə əlaqədar yeni repertuarın məşqləri aparılır.

Nazirliyinin təşkilatçılığı ilə yanvarın 12-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş "Azərbaycanın dövlətçilik tarixində Naxçıvan", 17 yanvarda Naxçıvan Dövlət Tarix Muzeyində “100 illik diyarın 100 yaşlı muzeyi”, yanvarın 16-də Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, 22 yanvar tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ilə birgə Bəhruz Kəngərli Muzeyində “Qədim diyarın yetirmələri: Bəhruz bəy Kəngərli - 132” adlı tədbirlər keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi il bağlı yanvar ayında Nazirlik tərəfindən 4 tədbir təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Nazirliyin Gənclər Təşkilatı tərəfindən yanvar ayının ikinci həftəsi “Gənclərlə iş həftəsi” elan olunmuş və həftə ərzində bir sıra tədbirlər keçirilmişdir. Yanvarın 9-da Naxçıvan Dövlət Film Fondunda Gənclər Təşkilatının üzvlərinə “Sübhdən başlanan həyat” filmi nümayiş etdirilmiş, 10 yanvar tarixdə Kəngərli Rayon Qarabağlar Kənd 2 nömrəli tam orta məktəbdə “Mədəniyyətimiz və gəncliyimiz” adlı dəyirmi masa,  11 yanvar tarixdə   Naxçıvan Şəhər Gənclər Mərkəzində “Yaşa və öyrən – Naxçıvan” adlı bilik yarışı,  12 yanvar tarixdə isə  Babək Rayon Uşaq Musiqi Məktəbində “Naxçıvan gəncliyi və mədəniyyət” adlı diskussiya keçirilmişdir. Yubileylə əlaqədar Nazirliyin Gənclər Təşkilatı tərəfindən 4 tədbir keçirilmişdir.

Babək Rayon Mədəniyyət Sarayında yanvarın 8-də “Qədim diyarımız Naxçıvan kitablarda” və 26-yanvarda “Qədim Naxçıvan mahnılarda”, yanvarın 16-da Culfa Rayon Mədəniyyət Sarayında “Azərbaycanın tarixi diyarı – Naxçıvan” və  Şahbuz Rayon Mədəniyyət Sarayında “Tarixi abidələr diyarı – Naxçıvan” adlı tədbirlər keçirilmişdir. Rayon mədəniyyət idarə və şöbələri tərəfindən yanvar ayı ərzində Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı ümumilikdə 4 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı Nazirliyin sisteminə daxil olan kitabxanalarda 4 tədbir keçirilmişdir. Belə ki, yanvarın 13-də Kəngərli Rayon MKS tərəfindən Qarabağlar kənd 2 saylı tam orta məktəbdə şagirdlərlə maarifləndirici söhbət aparılmış, 16 yanvar tarixdə Culfa Rayon MKS tərəfindən Culfa şəhər Uşaq Musiqi Məktəbində “Azərbaycanın tarixi diyarı - Naxçıvan”, 26 yanvar tarixdə Ordubad Rayon MKS-də “Naxçıvan Muxtar Respublikası-100” və Sədərək Rayon MKS-də “Qədim Naxçıvan mətbəxi” adlı tədbirlər təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan Dövlət Arxivində saxlanılan unikal kadrlarla bağlı araşdırmalar aparılaraq materiallar seçilib toplanmış və onların rəqəmsallaşdırılaraq arxivləşdirilməsi sahəsində iş aparılması üçün təqdim edilmişdir.

Naxçıvan Dövlət Tarix, Ordubad Rayon Tarix-Diyarşünaslıq, Şahbuz Rayon Tarix-Diyarşünaslıq və Məhəmməd Tağı Sidqinin Ev muzeylərində muxtariyyətin 100 illiyinə həsr olunmuş 4 açıq dərs keçirilmişdir.

Nazirliyin sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş 14 konsert keçirilmişdir.

Yanvar ayında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş 34 tədbir keçirilmiş, 174 sərgi qurulmuşdur.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin sisteminə daxil olan kitabxanalarda 1 tədbir keçirilmiş, 10 sərgi təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında 2023-cü il 21 noyabr tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, kitabxanalarda 1 tədbir keçirilmiş, 10 sərgi təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış kitabxanalarda 7 tədbir keçirilmiş, 10 sərgi təşkil olunmuşdur. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Görkəmli Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyi ilə bağlı kitabxanalarda 9 sərgi qurulmuşdur.

“Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il tarixli Sərəncamı ilə əlaqədar olaraq kitabxanalarda 10 sərgi təşkil olunmuşdur..

   Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən yanvar ayı ərzində bir sıra işlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2023-cü il üçün nəzərdə tutulan Nazirliyin tabeliyindəki mədəniyyət müəssisələrinə lazım olan kompüter və avadanlıqların satınalınması ilə əlaqədar  “etender.gov.az” portalı vasitəsilə elan olunmuş açıq tenderin yekununa görə  kompüter və avadanlıqların hamısı alınaraq aidiyyatı üzrə bölüşdürülmüşdür. Naxçıvan Dövlət Filarmoniyasına və Naxçıvan Dövlət Uşaq Filarmoniyasına ehtiyac olan musiqi aləti və texniki avadanlıqların satın alınması, yerində quraşdırılması və sazlanmasi üzrə elan olunmuş açıq tenderin yekununa görə  musiqi aləti və texniki avadanlıqların təxminən 8 faizi alınmışdır.

29 yanvarda uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin direktor və direktor müavini vəzifəsinə işə qəbul üzrə elan olunmuş müsabiqəyə sənəd qəbulu başa çatmış, mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üzrə müsabiqə elan olunmuşdur.

Dövr ərzində konsert tamaşa müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında K.Çapekin “Ana”, H.Cavidin “Topal Teymur” tamaşalarının bərpa məşqləri aparılmış, yanvarın 13-də rejissor M.Q.Əkbərovun quruluşunda J.B.Molyerin “Skapenin kələkləri” tamaşasının premyerası olmuş, yanvarın 17-də isə Ə.Cəlilovun repertuar planından kənar hazırladığı A.Məsudun “Qatarın altına atılan qadın” tamaşasına ictimai baxış keçirilmişdir. Yanvarın 20-də “20 yanvar şəhidləri”nin xatirəsinə K.Çapekin “Ana” əsəri əsasında hazırlanmış tamaşanın nümayişi olmuşdur. Ay ərzində stasionarda  “Topal Teymur”, “Ana”, “Skapenin kələkləri” tamaşalarının bilet satışı ilə nümayişi olmuşdur. Teatrda yanvar ayı ərzində 1-i xeyriyyə, 6-sı bilet satışı ilə  olmaqla 7 tamaşa oynanılmışdır.

Ay ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Qarınqulu ayı balası” əsəri əsasında hazırlanan tamaşanın məşqləri aparılmış, bilet satışı ilə 21 tamaşa nümayiş olunmuşdur.

Naxçıvan Dövlət Uşaq Teatrında  4 yanvarda sağlamlıq imkanı məhdud uşaqlar üçün xeyriyyə tamaşası nümayiş olunmuş, T.Seyidovun "Siçanlar və pişiklər" və “Bahar xanımın inadkarlığı” tamaşalarının bərpa məşqləri aparılmış, bilet satışı ilə stasionarda 6 tamaşa nümayişi olmuşdur. Teatr 2-si  xeyriyyə, 6-sı bilet satışı ilə olmaqla 8 tamaşa nümayiş etdirmişdir.

Yanvar ayında dövlət teatrları tərəfindən 34-ü bilet satışı ilə, 2-si xeyriyyə olmaqla, ümumilikdə 36 tamaşa oynanılmışdır.

Naxçıvan Dövlət Filarmoniyasının kollektivləri tərəfindən yanvar ayında repertuar məşqləri aparılmış, 2 konsert proqramı təqdim edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

19 yanvar tarixdə Xatirə Muzeyində 20 yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş interaktiv dərs keçirilmişdir.

20 yanvar faciəsinin 34-cü ildönümü münasibətilə Şahbuz,  Ordubad və  Şərur rayon tarix-diyarşünaslıq muzeylərində tədbirlər keçirilmiş,  “Xan Sarayı” Dövlət    Tarix-Memarlıq Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Şərur, Ordubad və Sədərək rayon tarix-diyarşünaslıq muzeylərində sərgilər qurulmuşdur.

23 yanvar tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “Muzey ekspozisiyasında davranış qaydaları” mövzusunda tədbir keçirilmişdir.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, 24 yanvar tarixdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Zeyvə kənd mərkəzində muzey əməkdaşlarının sakinlərlə  görüşü təşkil olunmuşdur.

   Muzeylərlə təhsil şöbələri arasında 2023-2024-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda  açıq dərs və  mühazirə keçirilmişdir. Ay ərzində ümumilikdə 31 açıq dərs və 39 mühazirə keçirilmişdir. Yanvar ayında muzeylərdə Nazirlik tərəfindən 2, muzeylər tərəfindən 5 tədbir keçirilmiş, 14 sərgi qurulmuşdur.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 253 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Yanvar ayı ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 249, Facebook səhifələrində 250 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 32 min 565, Facebook hesablarında isə 58 min 206 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 20 min 660 nəfər yerli, 3 min 599 nəfər əcnəbi olmaqla, ümumilikdə 24 min 259 nəfər ziyarət etmiş, muzeylərə 73 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.  Belə ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü, Yazıçı Ənvər Yusifoğlunun anadan olmasının 110 illik yubileyi münasibətilə  tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Yanvar ayında kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 29 tədbir keçirilmiş, 63 sərgi qurulmuşdur.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 7 kitab müzakirəsi keçirilmişdir.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Tədris Peşə Liseyində “Mütaliə fikir və düşüncəmizi canlandıran vasitədir”     mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Naxçıvan şəhər 9 №li tam orta məktəbdə “Mədəniyyət beşiyi Şuşa” adlı maarifləndirici tədbir keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10  tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Daxil olan çap əsərlərinin qeydiyyata alınması” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Kitabxana fondlarının komplektləşdirilməsi və çap əsərlərinin inventariziyası” mövzusunda məşğələ keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10  tədbir təşkil edilmişdir.

“Kitabxana Günü”ndə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Azərbaycanın ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyilə bağlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası isə şair, dramaturq, publisist A.Babayevin anadan olmasının ildönümü ilə əlaqədar şairin “Mənim abidəm” kitabının oxucularla müzakirəsini keçirmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Oxucu günü”ndə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Şeyx Əbdül Mahmudovun “Qan yaddaşımız” kitabı Naxçıvan şəhər 2 №li tam orta məktəbdə müzakirə edilmişdir.   “Oxucu günü” ilə bağlı 3 tədbir keçirilmişdir.

Yanvar  ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 33 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 19 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 21 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 5 adda 40, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri, kitabxananın fondunda olan Qərbi Azərbaycanın tarixi abidələri, mədəniyyəti və s. ilə bağlı aktual əhəmiyyətli kitablar haqqında materialların hazırlanması, paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 155 material hazırlanmış, sosial şəbəkə hesablarında 338 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 11 min 62, Facebook səhifələrində 18 min 848 olmuşdur.

Yanvar   ayında Nazirliyə 2 adda 30 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 156 adda 180 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 3102, oxucu gəlişi 11 min 442, kitab verilişi isə 45 min 336 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa kitab işlənməmişdir, ümumilikdə, elektron kataloqda kitabların sayı 36 min 364-dür.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 858-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan lokal şəbəkədən 376, qlobal şəbəkədən 90 olmaqla, 466  oxucu istifadə etmişdir.

Hesabat dövründə kitabxanalarda 102 tədbir keçirilmişdir.

Yanvar ayında Mədəniyyət sarayları, mədəniyyət evləri və klubların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər keçirilmişdir. Belə ki, mədəniyyət sarayları tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə şənliklər və konsert proqramları, 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Naxçıvan Şəhər 2 və 3 nömrəli Mədəniyyət Evi tərəfindən “Qəhrəmanlar ölməzdir”, Babək Rayon Mədəniyyət Sarayı tərəfindən “20 yanvar – qanlı və şanlı tariximiz”, Şahbuz Rayon Mədəniyyət Sarayı tərəfindən “20 Yanvar qan yaddaşımız” və s. tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur. Yanvar ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 20 tədbir keçirilmiş, 7 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Qədir Rüstəmovun yaradıcılığına dair 1 adda 8 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 150 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 77 paylaşım edilmiş, 6 min 330 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 73 paylaşımın 8 min 2 izləyicisi olmuşdur.

Mədəniyyət sarayları, mədəniyyət evləri və klublarda 25 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay  ərzində 990  manatlıq 12 adda 91 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Dövlət Film Fondunda 8 yanvar tarixində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Naxçıvan Muxtar Respublikasının 100 illiyi”nə həsr olunmuş tədbirdə gənclər üçün “Sübhdən başlanan həyat” filminin nümayişi keçirilmişdir.

23 yanvar tarixində Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin bir qrup dərnək üzvünə “Bir qalanın sirri” bədii filmi  nümayiş etdirilmişdir.

Ümumtəhsil məktəblərinin  şagirdlərinə  Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi diqqətdə saxlanılmış, Naxçıvan Dövlət Film Fondunda 16 yanvar tarixində Naxçıvan şəhər 10, 11 və 12 nömrəli tam orta məktəblərin  şagirdlərinə “Bizim Cəbiş müəllim” bədii filminin nümayişi təşkil olunmuşdur. 30 yanvar tarixdə Naxçıvan Muxtar Respublikası Turist-Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinə "Sehirli xalat" filmi nümayiş olunmuşdur.

Ay ərzində dörd dəfə Naxçıvan radiosunda “Kinoman” layihəsi efirdə olmuşdur.

Film Fond tərəfindən ay ərzində ümumtəhsil məktəblərinin şagirdləri üçün 1 film, digər tədbirlərdə isə 3 film olmaqla, ümumilikdə 4 film nümayiş olunmuşdur. Sosial şəbəkə hesablarında paylaşım üçün 130 material hazırlanmış, 260  paylaşım edilmiş, 1746 izləyici sayı olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Yanvar ayında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində  “20 Yanvar-Ümumxalq hüzn günü” ilə əlaqədar olaraq 20 tədbir təşkil edilmiş, 2023-2024-cü tədris ilinin I yarımilinin yekunu ilə bağlı 25 konsert verilmiş, I yarımilin yekun imtahanları keçirilmişdir.

Hesabat dövrü ərzində gənclərlə iş sahəsi də diqqətdə saxlanılmış, yanvarın 19-da M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasında bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi münasibəti ilə bədii-musiqili tədbir keçirilmişdir. Nazirliyin Gənclər Təşkilatı tərəfindən ay ərzində 5 tədbir təşkil olunmuşdur.

Nazirliyin nculture.gov.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 26 xəbər, 2 məqalə olmaqla, ümumilikdə 28 material işlənmişdir.

Nazirliyin Youtube kanalına 2 videomaterial yerləşdirilmiş, kanalın 4 min 650 abunəçi,  782 min 470 izlənmə sayı olmuşdur.

Yanvar ayında nazirliyin X (twitter) hesabında 6 paylaşım edilmişdir.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Yanvar ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 726-a çatmış, 61 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 8 min 650 olmuş, səhifədə 78 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 8  paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 957 nəfər olmuşdur.

Yanvar ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti tərəfindən muxtar respublikada keçirilən bütün mədəni tədbirlərin  KİV-də işıqlandırılması diqqətdə saxlanılmışdır. Belə ki, “Şərq qapısı” qəzetində 13, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 4,   digər informasiya resurslarında 14 xəbər  materialı yer almışdır.

     Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilib. Belə ki, Nazirliyin tabeli müəssisələrinin əməkdaşlarından 4 nəfər Naxçıvan televiziyasında gedən verilişlərdə iştirak edib,4 nəfər müsahibə verib. 1 nəfərin isə İctimai tv-də müsahibəsi yer almışdır. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 8 xəbər süjeti efirə verilmişdir.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Yanvar ayında “Şərq qapısı” qəzetində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının  Əməkdar  mədəniyyət işçisi Nəzakət Əsədovanın “Muzey fondu, tarixi faktlar və həqiqətlər”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin bələdçisi Jalə Mirzəyevanın “Əcəminin daş möcüzəsi” adlı məqalələri işıq üzü görmüşdür.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri yanvar ayında da davam etdirilmişdir. Belə ki, Nazirliyə 33-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 104 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 34-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 58 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 81 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 26 nəfər işə qəbul edilmişdir.

Yanvar ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 1 məsələ müzakirə edilmişdir.