Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvanda uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqənin müddəti uzadılıb

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 29 dekabr 2023-cü il tarixdə elan edilmiş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələrinə işə qəbul üçün müsabiqənin müddəti 28 yanvar 2024-cü il tarixədək uzadılıb.

Direktor vəzifəsinə işə qəbulun müsabiqəsində ali ixtisas təhsilli, ixtisası üzrə 5 ildən az olmayaraq müvafiq sahədə pedaqoji əmək stajı olan şəxslər, direktor müavini üzrə işə qəbulun müsabiqəsində isə ali ixtisas təhsilli və ya azı 3 il müvafiq sahədə pedaqoji iş stajına malik olan orta ixtisas təhsilli (kadr çatışmazlığı olduğu təqdirdə) şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak edəcək namizədlər yuxarıda qeyd olunan tarixədək müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, dövlət nümunəli təhsil sənədinin (diplomun) surəti, əmək kitabçasının surəti (zərurət olarsa), 2 ədəd 3x4 ölçüdə fotoşəkil) Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim etməlidirlər.

İşə qəbul qaydaları və müsahibə proqramları Nazirliyin nculture.gov.az saytının işə qəbul bölməsinə yerləşdirilib. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində işə qəbul qaydaları ilə https://nculture.gov.az/direktoriseqebul2024 linki vasitəsilə , direktor və direktor müavini vəzifələrinin müsahibə proqramları ilə isə https://nculture.gov.az/muso2024direkritjnk linki ilə tanış ola bilərsiniz.